Strategiya və konsaltinq

Proqram təminatına vəsait xərclənməzdən əvvəl rəhbərliyə nəyin dəyişməli olduğunu müəyyən etməkdə kömək edirik.

Gözləntiləri doğrultmayan avtomatlaşdırma layihələrinin çoxunda qərar vaxtından əvvəl verilib: işin necə aparıldığı və nəyin dəyişməli olduğu hələ yazıya alınmamış sistem seçilib. Məhz buna görə iş konsaltinqdən başlayır. Prosesə, rəqəmlərə və işi görən insanlara baxır, rəhbərliyə faktlar əsasında təsdiq və ya rədd edə biləcəyi plan təqdim edirik.

Nə təqdim edirik

Proseslərin diaqnostikası

İş bu gün necə aparılır, vaxt və vəsait harada itirilir, hədəf proses necə olmalıdır.

Strategiya, təchizat zənciri və müştəri münasibətləri

Strateji planlaşdırma, təchizat zəncirinin optimallaşdırılması və müştəri münasibətləri prosesləri.

Maliyyə və icra effektivliyinin idarə edilməsi

Büdcələşdirmə, idarəetmə hesabatlılığı və konsolidasiya.

İT strategiya

Sistemlərin seçimi, tətbiqin əhatəsi, mərhələlər və büdcə aralığı ilə yol xəritəsi.

İş necə gedir

  1. Əhatə. Hansı proseslərin, bölmələrin və hüquqi şəxslərin araşdırılacağını və bu işin hansı qərar üçün əsas olacağını rəhbərliklə razılaşdırırıq.
  2. Müsahibələr və məlumatlar. İşi görən əməkdaşlarla danışır, sənədlərin proses boyu keçdiyi yolu izləyir və deyilənləri sistemlərdə qeydə alınanlarla tutuşdururuq.
  3. Mövcud vəziyyət. Proses bu gün necə işləyirsə, elə təsvir olunur: gecikmələri, təkrar daxiletmələri, əl ilə aparılan yoxlamaları və heç kimin etibar etmədiyi hesabatları ilə birlikdə.
  4. Hədəf vəziyyət. Prosesin necə işləməli olduğunu, hər addıma kimin cavabdeh olduğunu və onun işlədiyini hansı göstəricilərin təsdiq etdiyini təsvir edirik.
  5. Yol xəritəsi. Dəyişikliklər mərhələlər üzrə sıralanır. Hər mərhələnin nəticəsi, müştəri tərəfdə sahibi, qiymətləndirməsi və gördüyümüz riskləri göstərilir.

Nə əldə edirsiniz

  • Mövcud proseslərin təsviri, aşkar edilmiş problemlər və ölçmək mümkün olan yerdə onların dəyəri ilə birlikdə.
  • Hədəf proses modeli və onun tələb etdiyi təşkilati dəyişikliklər.
  • Prosesi dəstəkləyəcək sistemlərə tələblər. Onlar elə yazılır ki, təchizatçıları bu tələblər əsasında müqayisə etmək mümkün olsun.
  • Mərhələləri, büdcə aralığı və hər mərhələ üçün qəbul meyarları olan yol xəritəsi.

Bizə nə vaxt müraciət etməli

  • İdarəetmə hesabatları gec gəlir və ya bölmədən bölməyə fərqlənir.
  • Şirkət böyüyüb və ya strukturunu dəyişib, əvvəlki iş qaydası isə artıq özünü doğrultmur.
  • İri sistem alışı planlaşdırılır və təkliflərdən əvvəl tələbləri hazırlamaq istəyirsiniz.
  • Əvvəlki tətbiq gözlənilən nəticəni verməyib və bunun səbəbini bilmək istəyirsiniz.

Müştərilərin verdiyi suallar

Sonradan proqram təminatını sizdən almağa məcburuqmu?

Xeyr. Konsaltinq işinin nəticəsi sizə məxsus olan sənəddir. Onun əsasında tender keçirə, işi öz komandanızla görə və ya bizimlə davam etdirə bilərsiniz.

Əməkdaşlarımız nə qədər vaxt sərf edəcək?

Müsahibə adətən bir-iki saat çəkir, əsas istifadəçilər isə yazdığımız təsvirləri yoxlayır. Gündəlik iş pozulmasın deyə bu vaxtı iş başlamazdan əvvəl onların rəhbərləri ilə planlaşdırırıq.

Heç avtomatlaşdırılmamış proseslə işləyə bilərsinizmi?

Bəli. Kağız və elektron cədvəllər üzərində aparılan proses də eyni qaydada araşdırılır. Bir çox halda ilk təkmilləşdirmələr üçün proqram təminatı lazım olmur.

Nəticə

Rəhbərliyin təsdiq edə biləcəyi yazılı plan: nə, hansı ardıcıllıqla və hansı xərclə dəyişir, nəticə necə qəbul olunur.

Layihənizi müzakirə edək

Nəyi dəyişmək istədiyinizi bizə bildirin. Sizə plan və ilkin qiymətləndirmə ilə qayıdacağıq.

Bizimlə əlaqə